Skype işləməyəcək

Skype işləməyəcək
10:22 1 Mart 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Son zamanlar proqram və ya əməliyyat sistemlərinin köhnə versiyaları üçün dəstəyin dayandırılması ilə bağlı xəbərlər tez-tez yayılır. Bu, əksər hallarda köhnə proqramlarda yeni funksiyaların reallaşdırılmasının qeyri-mümkünlüyü və ya aşağı təhlükəsizlik səviyyəsi ilə izah olunur.

"Əgər siz "Skype" proqramının "Windows" və ya "Mac" əməliyyat sistemləri üçün köhnə versiyalarından istifadə edirsinizsə, o zaman martın 1-dən etibarən həmin quraşdırmaların dəstəyi dayandırılacaq".

Milli.Az istipress-ə istinadən xəbər verir ki, bu haqda "Microsoft" şirkəti öz rəsmi bloqunda yazıb. "Biz müştərilərimizin "Skype" proqramından problemsiz istifadəsi üçün mütəmadi düzəlişlər edirik. Martın 1-dən "Skype" proqramının köhnə versiyalarından ("Windows" üçün 7.16 və aşağı versiyalar, "Mac" üçün 7.0-dan 7.18-dək) istifadə edənlər sistemə daxil ola bilməyəcəklər. Əgər siz belə istifadəçilərdən birisinizsə, o zaman yeniləməni yükləmək lazımdır" - "Microsoft" şirkətinin rəsmisi deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/522132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR