"Qəbələ"nin sabiq baş məşqçisi: "Azərbaycan və İraqa getməklə səhv etdim"

"Qəbələ"nin sabiq baş məşqçisi: "Azərbaycan və İraqa getməklə səhv etdim"
10:27 1 Mart 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ "Azərbaycan və İraqa getməklə səhv etdim". "Report"un məlumatına görə, bunu Almaniya mətbuatına müsahibəsində "Qəbələ" futbol komandasının sabiq baş məşqçisi Dorinel Muntyanu deyib.
Fevralın 23-də İraqın "Zaxo" klubu ilə yollarını ayıran 49 yaşlı mütəxəssis bildirib ki, bu təklifi əlacsızlıqdan qəbul edib. O, Rumıniyanın "Astra" klubundan getdikdən sonra işsiz qaldığını, bu səbəbdən İraqda işləməyə razı olduğunu söyləyib: "Yarım il işsiz qalmışdım, birdən Yeni İl qabağı zəng gəldi. İraqa dəvət etdilər. Hər şeyin yaxşı olacağını, işləyəcəyimi düşündüm. Artıq klubun prezidenti də istefa verib. Mənə pul ödənilmədi. Çünki yazılı anlaşma belə yox idi. Yenə işləmək istəyirəm. Daha çox Almaniyada və ya qızım Byankanın da işlədiyi Hollandiyada çalışmaq yaxşı olar. Amma bura çətin bazardır. İş axtaran xeyli məşqçi var. Rumıniyada yaxşı təkliflər olur. Ancaq heç yerdə yaxşı maaş verilmir".
Qeyd edək ki, Dorinel Muntyanu 2014-2015 mövsümünün ilk yarısında "Qəbələ"nin baş məşqçisi olub və uğursuz nəticələri ilə əlaqədar qovulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-klubunun-sabiq-bas-mesqcisi-azerbaycan-ve-i-raqa-getmekle-sehv-etdim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR