O, ilan və əqrəb yeyərək sağaldı

İraqın Kərkük şəhərində xərçəng xəstəliyi diaqnozu qoyulan Sevinc Muheddin adlı qadın ilan və əqrəb yeyərək sağalıb.

Metbuat.az-ın verdiyi məlumata görə, 5 il əvvəl xərçəng diaqnozu qoyulan qadın müalicə ala bilməyib. Buna səbəb isə dərmanların baha olmasıdır.

"Xəstəxanada müalicə almağım üçün aylıq ən az 500 dollara ehtiyacım var idi. Buna görə də, müalicə məqsədilə ilan və əqrəb yeməyə başladım. Bir ilanı 25-50 dollara tapa bilirəm".

O, 3 il ərzində 20 gündən bir ilan və əqrəb yeyir. Əks halda ağrıları şiddətlənir.

Qeyd edək ki, həkimlər qadının sözügedən xəstəlikdən xilas olmaq üçün ilan və əqrəb yeməsinin heç bir elmi əsası olmadığını bildirirlər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR