8:0 uduzan komandaya psixoloq çağırdılar

8:0 uduzan komandaya psixoloq çağırdılar
10:37 1 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasının XXII turunda "Bavariya"ya biabırçı hesabla məğlub olan "Hamburq"da qeyri-adi addım atılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, klub 0:8 hesablı yenilginin unudulması üçün psixoloqa ehtiyac duyub.

Futbolçuların toparlanması üçün "Hamburq" rəhbərliyi məşhur psixoloq Kristian Sprekelslə anlaşıb. Onun vəzifəsi oyunçularla fərdi söhbətlər aparmaq və onları qarşıdakı oyunlara hazırlamaqdı.
 
Qeyd edək ki, "Hamburq" "Bavariya" ilə son 4 səfər matçının hamısında böyükhesablı məğlubiyyətə düçar olub - 2:9, 0:8, 0:5, 0:8.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR