BDU-da “Novruz mühazirələri”

BDU-da “Novruz mühazirələri”
10:48 1 Mart 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyinin “Elmdən Təhsilə” layihəsi çərçivəsində həyata keçirilən “Novruz mühazirələri”nin növbəti görüşü Bakı Dövlət Universitetində olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, rektor Abel Məhərrəmov “Novruz mühazirələri”nin əhəmiyyətindən danışıb, bayram günlərində cəmiyyəti düşündürən, aktual elm sahələri barədə sadə və anlaşıqlı mühazirələri dinləmək imkanı yaratdığını görə Təhsil Nazirliyinə təşəkkür edib.

Rektor 2004-cü ildə prezident İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı BDU ilə bu ölkənin bir neçə universiteti arasında nanotexnologiya üzrə əməkdaşlıq haqqında müqavilələr imzalanmasından, BDU-da "Nanoaraşdırmalar mərkəzi" və "Nanomaterialların kimyəvi fizikası" kafedrasının açılmasından bəhs edib.

BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Flora Hacıyevaya XXI əsrin texnologiyası hesab olunan nanotexnologiya, onun tarixi, inkişaf xronologiyası, dünyada əsas tətbiq imkanları, o cümlədən BDU-da bu sahənin inkişafı və əldə edilən nəticələr barədə məlumat verib.

Təhsil nazirinin müavini Firudin Qurbanov “Novruz mühazirələri”nin əsas məqsədinin təhsil və elmin müxtəlif sahələrinə dair mövzuların gündəmə gətirilməsi olduğunu bildirib və Flora Hacıyevanın mühazirəsini yüksək qiymətləndirib.

Tədbirdə millət vəkilləri, AMEA-nın müvafiq institutları, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsil müəssisələrinin nümayəndələri, Universitetin İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri iştirak ediblər.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/189727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR