Bakıda cadugər qadını boğaraq qətlə yetirən şəxs Qazaxda tutulub

Bakıda cadugər qadını boğaraq qətlə yetirən şəxs Qazaxda tutulub
10:57 1 Mart 2017
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Bakıda qadını qətlə yetirən şəxs Qazax rayonunda tutulub.
“Report”un xəbərinə görə, Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində Anjelika Morozanın başına torba keçirərək onu boğub qətlə yetirən Qazax rayon sakini Namiq Vəkilov saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qətlə yetirilən qadının cadugərliklə məşğul olduğu bildirilir.
Xatırladaq ki, qadının meyiti bir neçə gün əvvəl Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Məlum olub ki, bu, 1963-cü il təvəllüdlü Anjelika Vasilyevna Morozovadır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-caduger-qadini-bogaraq-qetle-yetiren-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR