Milyonçular niyə qaçırlar? - ARAŞDIRMA - FOTO

Milyonçular niyə qaçırlar? - ARAŞDIRMA - FOTO
10:57 1 Mart 2017
149 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yaxın Şərq və Şimali Afrika ölkələrindən Afrikaya miqrantların axını, ABŞH-da Donald Trampın prezident seçilməsi, Türkiyədə terror aktları, Avropa Birliyi ölkələrində ifrat sağçıların mövqelərinin möhkəmlənməsi... Bütün bunlar qlobal miqyasda yeni situasiyanın yaranmasına, "milyonçu miqrasiyası"na səbəb olub.

Milli.Az European-a istinadən bildirir ki, ölkəni tərk edən milyonçuların sayına görə Fransa ilk yerdədir. Belə ki, ölkədə aktivlərinin sayı 1 milyon avrodan artıq olan 82 min insan arasında miqrasiya edənlərin sayı 18 min nəfəri keçib.

Beynəlxalq "Global Wealth Review" təşkilatının hazırladığı "Global Health Review: Worldwide Wealth and Wealth Migration Trends" hesabatına görə, 2015-ci illə müqayisədə Friansanı tərk edən milyonçuların sayı 12 min nəfər artıq olub.

Çindən 9 min çıxıb. 2015-ci illə müqayisədə Braziliyanı tərk edən milyonçuların sayı 3 dəfə artaraq 9 min nəfərə çatıb. Hindistandan qaçan milyonçuların sayı ötən il 6 min nəfər təşkil edib ki, bu da ikiqat artım deməkdir.

Market Watch ekspertlərinin fikrincə, ölkəni tərk edən milyonçuların sayına görə Fransanın dünya liderinə dönməsinin başlıca səbəbi Fransa Milli Cəbhəsi kimi ifrat sağçı, irqçi təşkilatın lideri Marin Le Penin prezident seçkilərinə qatılmasıdır. Marine Le Peni ölkənin miqrasiya qanunvericiliyinə sərt dəiyşikliklərə, miqrantların sayının minimuma endirilməsinə və ən başlıcası, Fransanın Avropa Birliyini tərk etməsinə çalışacağını deyir.

Türkiyəni ötən il 6 min milyonçu tərk edib. Səbəb terror aktlarının artması, habelə uğursuz hərbi çevriliş cəhdidir.

Milyonçuların can atdıqları ölkələri arasında ilk yerləri Avstraliya və Yeni Zelandiyadır.

2015-ci ildə Avstraliyaya 8 min, 2016-cı ildə 11 min milyonçu üz tutub. Avstraliyanın mövqeyi o qədər möhkəmlənib ki, sığınacaq üçün bu ölkəyə üz tutan milyonçuların sayı ABŞ ilə müqayisədə 38 faiz çox olub. Çünki ötən il 11 min nəfər milyonçu Birləşmiş Ştatlarda məskunlaşıblar.

Ekspertlərin fikrincə, milyonçuların miqrasiyası zəngin insanların bu və digər ölkədəki siyasi, habelə iqtisadi situasiya barədə tutduqları mövqeni dəqiq göstərir.

Təbii ki, inkişaf etməkdə olan dövlətlərlə müqayisədə inkişaf etmiş ölkələrdə milyonçuların sayı çoxdur. Lakin buna rəğmən, "milyonçu miqrasiysı" hələ də bəlli dövlətlərdəki vəziyyəti əks etdirən önəmli indikatorlardan biridir.

ABŞ prezidenti Donald Tramp ölkə iqtisadiyyatının ağır vəziyyətdə olduğunu vurğulasa da, Birləşmiş Ştatlar ümumdaxili məhsulun (ÜDM) həcminə görə dünya lideridir və bu səbəbdən iş adamlarını cəlb edir.

Hazırda dünyada varidatı 1 milyon dollardan çox olan 13,6 milyon insan var. Onların ümumi varidatları 3,9 trilyondur.

Milyonçuların sayına görə ABŞ ilk yerdədir. Milyonçu iş adamlarının daha çox olduğu 71 ölkənin payına qlobal miqyasda ümumdaxili məhsulun 98 faizi və dünya fond bazarının kapitallaşmasının 99 faizi düşür.

Orxan Hun
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR