Bank of Baku-nun müştəriləri tezliklə ev sahibi olacaq!

Bank of Baku-nun müştəriləri tezliklə ev sahibi olacaq!
11:05 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Ev əldə etmək arzusunda olan şəxslər Bank of Baku-nun təqdim etdiyi ipoteka kreditlərindən faydalana bilərlər. Azərbaycan İpoteka Fondunun müvəkkil təşkilatlarından biri olaraq Bank of Baku mənzil almaq istəyən şəxslərə fondun ayırdığı vəsait hesabına 100.000 AZN-dək həcmində kredit təklif edir.

Kreditin maksimal müddəti 25 il, maksimal illik faiz dərəcəsi 8% təşkil edir. Şərtlərə əsasən, tələb olunan ilkin ödəniş məbləği 30% həcmindədir. Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir:

-​ Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;

-​ Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

-​ Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

-​ İş yerini və gəlirlərini təsdiq edən sənədlər.

Sərfəli şərtlərlə mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyatdan keçib, ərizə formasını doldurmaqla Bank of Baku-ya müraciət edə bilərlər.

İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka Fondunun rəsmi internet ünvanından http://www.amf.az/az/ tanış ola bilərsiniz.

Bank of Baku-nun təqdim etdiyi bu və digər kredit məhsulları haqqında məlumatı bu linkə http://www.bankofbaku.com/az/loans/ keçid alaraq və ya Bankın 145 Məlumat Mərkəzinə zəng edərək əldə etmək olar.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/522152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR