Bakıda vəhşicəsinə döyülən şəxs öldü

Bakıda vəhşicəsinə döyülən şəxs öldü
11:09 1 Mart 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

 

Fevralın 10-da Bakının Hövsan qəsəbəsində yaşadığı mənzildə naməlum şəxslər tərəfindən döyülən 72 yaşlı kişi xəstəxanada ölüb. Lent.az xəbər verir ki, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən 1945-ci il təvəllüdlü Əliyev Yavər Nemət oğlu daxili orqanlarının zədələnməsi səbəbindən həyatını itirib.

 

Qeyd edək ki, həmin vaxt naməlum şəxslər Yavər Əliyevin evdə tək olmasından istifadə edərək, quldurluq yolu ilə mənzilə daxil olublar və onu döyərək pul və qızıl tələb ediblər.

 

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR