Klublarımız Çempionlar Lİqasında mübarizəni dayandırdılar

Klublarımız Çempionlar Lİqasında mübarizəni dayandırdılar
11:12 1 Mart 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" və "Telekom" komandaları Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin son oyunlarını keçiriblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, A qrupunda yer alan komandanın rəqibi İtaliya "Konelyano"su olub. İspaniyalı Mario Bernaola və serbiyalı Mirko Yankoviçin idarə edəcəyi qarşılaşma "Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılıb. 5 turdan sonra xalsız olan "Telekom" formal xarakter daşıyan son matçında da uduzub - 0:3 (13:25, 9:25, 16:25).

Növbəti mərhələ şanslarını saxlayan "Azərreyl"ə isə Polşada "Dabrova Qorniça"nın qonağı olub. 5 turdan sonra 9 xalla 2-ci pillədə qərarlaşan Famil Ağayevin komandası "pley-off"a vəsiqə əldə etmək üçün mütləq qalib gəlməli idi. Özü də quru hesablı qələbə "pley-off"a vəsiqəyə ümid verirdi. Ancaq "Azərreyl" üçün çətinliklə əldə etdiyi səfər qələbəsi daha çox təsəlli xarakteri daşıyıb - 2:3 (24:26, 25:16, 22:25, 25:18, 10:15).

Nəticədə 6 ən güclü komanda sırasına düşə bilməyən Azərbaycan çempionu mübarizəni dayandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR