"Ermənistanın işğalçılıq siyasətini hər toplantıda dilə gətirməliyik"

"Ermənistanın işğalçılıq siyasətini hər toplantıda dilə gətirməliyik"
11:19 1 Mart 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənistanın işğalçılıq siyasətini bütün toplantılarda müzakirə etməliyik".

 

APA-nın “ahaber.com.tr”yə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) İslamabadda keçirilən sammitində çıxışı zamanı deyib. O bildirib ki, ECO nə qədər iqtisadi təşkilat olsa da, əsl çərçivəsi siyasətdir: “Addımlar atarkən siyasəti bir kənara qoymaq mümkün deyil. Bir çox ölkələrimizin problemləri var. Azərbaycanın Dağlıq Qarabağ problemi var. 20 ildən çoxdur davam edən danışıqlar bir nəticə verməyib. Biz istər İƏT, istərsə də ECO çərçivəsində addımlarımızda qətiyyətli olmalı, Ermənistanın işğalçılıq siyasətini hər toplantıda dilə gətirməliyik”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR