Qazaxıstan 2019-cu ilə qədər neft məhsullarının idxalından imtina etmək niyyətindədir

Qazaxıstan 2019-cu ilə qədər neft məhsullarının idxalından imtina etmək niyyətindədir
11:22 1 Mart 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Qazaxıstandakı üç neft emalı zavodunun yenidən qurulmasından sonra ölkədə neft emalının həcmi ildə 17,5 milyon tona çatacaq və özünün neft məhsulları ölkəni tam təmin edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev nazirliyin kollegiyasında çıxışında bildirib.
"Dövlət başçısı müraciətində neft emalının həcmini artırmağa xüsusi diqqət göstərilməsini tapşırıb. 3 zavodu tam müasir şəkildə təmir edib istifadəyə verdikdən sonra 2019-cu ildə neft emalı həcmi ildə 14,5 milyon tondan 17,7 milyon tona qədər artacaq", - nazir vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/qazaxistan-2019-cu-ile-qeder-neft-mehsullarinin-idxalindan-imtina-etmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR