ATƏT-in səhra köməkçiləri hazırda Ağdamda

ATƏT-in səhra köməkçiləri hazırda Ağdamda
11:22 1 Mart 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq cəbhənin Ağdam rayonunun Çəmənli kəndi istiqamətində, qoşunların qarşıdurma xəttində monitorinqə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, səhər saatlarında səhra köməkçiləri ilə Ağdam Rayon İcra Hakimiyyətində görüş keçirilib və onlara təmas xəttindəki vəziyyətlə bağlı məlumat verilib. Görüşdən sonra səhra köməkçiləri monitorinqə start veriblər.

Xatırladaq ki, monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun keçirilir. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə səfir Anjey Kasprşik, onun səhra köməkçiləri Gennadi Petrika və Xristo Xristov keçirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/522161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR