Fransa ​prezidentinin çıxışı zamanı atəş açıldı - VİDEO

Fransa prezidenti Fransua Olland sürətli qatar xəttinin açılış mərasimində çıxış edərkən xoşagəlməz hadisə baş verib.

Metbuat.az xəbər verir ki, prezidentin mühafizəçilərindən birinin səhvən atəş açması ətrafdakılara həyəcanlı anlar yaşadıb. Villoqon qəsəbəsində baş tutan mərasimdə prezidenti uzaqdan mühafizə edən snayperçinin ehtiyatsızlıq nəticəsində atəş açdığı deyilir. Mərasimə qatılan iki şəxsin yüngül yaralanması ilə nəticələnən hadisəyə baxmayaraq, Olland çıxışını davam etdirib. 

Faktla bağlı araşdırmalara başlanıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR