​Robotlar dünyanı ələ keçirəcək

Yaponiyanın telekommunikasiya və internet şirkəti "Softbank"ın rəhbərlərindən biri olan Masoyaşi Son növbəti 30 ildə ağıllı robotların insanların sayından çox olacağını bildirib.

Metbuat.az məlumat verir ki, İspaniyanın Barselona şəhərində təşkil edilən tədbirdə çıxış edən Son deyib ki, gələcəkdə texnologiyanın hansı istiqamətdə inkişaf edəcəyi barədə proqnoz vermək olar:

"Qarşıdakı 30 ildə ayaqqabılarımızda olan xüsusi çiplər beynimizdən daha ağıllı olacaq. Bu çiplər bütün ömrümüz boyu bizi informasiya ilə təmin edəcək".

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR