Bakıda cadugəri öldürən şəxs Qazaxda tutuldu

Bakıda cadugəri öldürən şəxs Qazaxda tutuldu
11:27 1 Mart 2017
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qadını qətlə yetirən şəxs Qazax rayonunda tutulub.

Milli.Az report-a istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində Anjelika Morozanın başına torba keçirərək onu boğub qətlə yetirən Qazax rayon sakini Namiq Vəkilov saxlanılıb.

Bakıda dəhşətli qətldən YENİ MƏQAMLAR: qadının başına torba keçirib boğublar - VİDEO - FOTO

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qətlə yetirilən qadının cadugərliklə məşğul olduğu bildirilir.
Xatırladaq ki, qadının meyiti bir neçə gün əvvəl Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü Anjelika Vasilyevna Morozovadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR