Əliyar Ağayev: "Qurbanov da aşkar şəkildə ona şillə vurdu"

Əliyar Ağayev: "Qurbanov da aşkar şəkildə ona şillə vurdu"
11:42 1 Mart 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

FİFA dərəcəli referi Əliyar Ağayevın 20-ci turun "Kəpəz" - "Qəbələ" matçında idarəçiliyi müzakirə mövzusuna çevrilib.

"Kəpəz"in vurduğu qol, eləcə də qırmızı vərəqələrlə bağlı qərar futbol ictimaiyyətində, eləcə də sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı "CBC Sport"a danışan Əliyar Ağayev hər iki epizodu şərh edib. O, ilk olaraq "Kəpəz"in qolu ilə bağlı mübahisəli məqama aydınlıq gətirib: "Qoldan dərhal sonra köməkçim də məni əmin etdi ki, oyundankənar vəziyyət yoxdur. Matçdan sonra qolun təkrarına baxdım. Açıq-aydın görünür ki, top ayaqdan çıxan anda hücumçu ilə müdafiəçi eyni xətdə idi".

Ağayev, eyni zamanda, Nicat Qurbanovla Nika Kvekveskirini niyə qırmızı vərəqə ilə cəzalandırdığını söyləyib: "Kvekveskiri Nicata qarşı kobud çıxış etdiyi üçün ona sarı vərəqə göstərməyə hazırlaşırdım. Həmin anda Nika əli ilə Nicat Qurbanovun boyun nahiyəsindən itələdi. Nicat Qurbanov da aşkar şəkildə ona şillə vurdu. Hər ikisi aqressiv hərəkətə yola verdiyi üçün qırmızı vərəqə ilə cəzalandırdım".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR