Çox alış-veriş edən xanımlar, bu xəbəri oxuyun! - Şopoqoliklər kimlərdir? / PSİXOLOQ RƏYİ

Bəzi insanlar hər şeyləri olmasına baxmayaraq, alış-verişə həddindən artıq meyilli olurlar. Bu, həqiqətən bir xəstəlikdir”.

Bunu Metbuat.az-a açıqlamasında psixoloq Sona Quliyeva deyib. O, qeyd edib ki, şopoqoliklərin 90 faizi qadınlardır. Dünyada yalnız 10 faiz insan bu xəstəlikdən əziyyət çəkir.

"Tibbdə bu xəstəliyin bir neçə adı var. Daima nəsə yeni bir şey almaq istəyənlərin xəstəliyi şopomaniya, şopoqolizm, şopinqparanoya və onyomaniya adlanır. Bu cür insanların hər şeyləri olsa da, onlar daim alış-verişə ehtiyac duyurlar. Bu, həm psixoloji, həm də nevroloji bir problemdir.

Şopoqoliklərin iki növü var. Göstəriş edən şopoqoliklər və özünü rahatlatmaq üçün alış-veriş edən şopoqoliklər. Hər iki növün özünəxas xüsusiyyətləri var. Belə ki, göstəriş üçün şopoqoliklik edənlər istəyir ki, onların əşyalarını, marka geyimlərini, evlərini başqaları görsün. Digər şopoqoliklər isə daxilindəki boşluğu doldurmaq, rahatlamaq və sadəcə ehtiyacını ödəmək üçün alış-veriş edirlər.

Psixoloqlar deyir ki, şopoqoliklik depressiyadan çıxmağın ən yaxşı üsuludur. Lakin həddindən artıq olsa, artıq xəstəliyə çevrilir:

"Bu xəstəlikdən qurtulmaq üçün öncə insan şopoqolik olduğunu dərk etməlidir. Sonra iradəsinə qalib gəlməyə çalışmalıdır. Buna evdən çıxarkən, ancaq yol pulu götürməklə, mağazaya gedərkən siyahı tutmaqla başlaya bilərsiniz. Mağazada hər hansı əşyanı bəyənmisinizsə, onu dərhal almayın, düşünün, bəlkə də evdə ondan var. Əgər bütün cəhdlərinizə rəğmən bu xəstəlikdən qurtula bilmirsinizsə, psixoloqa müraciət etməlisiniz".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR