Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Nobel Sülh Mükafatına namizəd göstərilib.

Metbuat.az-ın məlumatına görə, İsveçrədə yerləşən Bazel Elmi-Araşdırma İnstitutunun ofisinin direktoru Alin Vare Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb:

“Nüvə silahının məhv edilməsi və sülh uğurunda yorulmaz fəaliyyətlərinə görə bu il Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Karipbek Kuyyukovun Nobel sülh mükafatına layiq görülməsini təklif edirəm”.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu mükafata namizədliyi 2011-ci ildə də müxtəlif təşkilatlar tərəfindən irəli sürülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR