"Nizami" stansiyasında təmir işləri davam edir - FOTOLAR

Bakı metropoliteni stansiyalarının ayrı-ayrı keçid və vestibüllərinin təmiri, yenidənqurulması üzrə işləri davam etdirir. Bu il qeyd olunacaq metropoliteninin yarıməsrlik yubileyini tam yeni görkəmdə qarşılayan stansiyalardan biri də "Nizami" olacaq.

Metbuat.az xəbər verir ki, "Nizami" stansiyasının yol divarları üzlüklərinin yenilənməsi ilə başlanan təmir işləri noyabr ayından etibarən orta zalda davam edir.

Bir müddətdir ki, təmir işləri aparılan stansiyanın orta zalı faner lövhələri ilə bir neçə yerdən əhatələnərək, işlərin getdiyi ərazilər sərnişin axınından təcrid edilib. Hazırda sərnişinpaylama zalından platformalara keçid tağlarının köhnə mərmər üzlükləri sökülür.

Qeyd edək ki, "Nizami" stansiyası şəhərin geoloji cəhətdən mürəkkəb rayonunda yerləşir. Fəaliyyətdə olduğu 40 il ərzində aqressiv mühitin təsiri nəticəsində stansiya qurğuları, konstruktiv və dekorativ-memarlıq elementləri, stansiya avadanlığı tamamilə yararsız vəziyyətə düşmüşdü. Stansiyasının orta zalının tavanında söküntü, korroziyadan təmizləmə işləri isə başa çatıb. Burada tavan əvvəlkindən bir qədər fərqli şəkil alacaq.

İşlərin həcminin böyüklüyünə, əhatəliyinə baxmayaraq, "Nizami" stansiyası işini dayandırmayıb, sərnişinlərə lazımi xidmət göstərir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR