“Azərbaycana getməklə səhv etdim”

“Azərbaycana getməklə səhv etdim”
12:07 1 Mart 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Muntyanu Azərbaycana gəldiyi üçün peşman olub. Fanat.Az xəbər verir ki, rumın mütəxəssis bu barədə ölkəsinin mətbuatına açıqlamasında bildirib:  "Mənim karyeramla bağlı səhvim Azərbaycan və İraqdan gələn təklifi qəbul etmək olub. Rumıniya yaxşıdı, burdan təkliflər var. Ancaq maliyyə baxımından problemlər mövcuddu. Yenidən çalışmaq istəyirəm. Almaniya və ya qızım Byankanın işlədiyi Hollandiyada ola bilər. Təbii ki, indiki məqamda bu, çətindi. Çünki çox məşqçi orda iş axtarır". Qeyd edək ki, Dorinel Muntyanunun son klubu İraq təmsilçisi “Zaxo” olub. O, 2014-cü ildə "Qəbələ"ni çalışdırıb. Komanda onun rəhbərliyi altında keçirdiyi 16 oyunda 4 qələbə qazanıb, 5 heç-heçə edib və 7 dəfə məğlub olub.
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycana-getmkl-shv-etdim-t56600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR