​Əvvəl avtobus sürücüləri, indi də "BakıKart" - Başı bəlalı 5 qəpik

Alış-veriş edən zaman marketlərdən qaytarılan bəzi qəpiklər (5, 3, 1) nəqliyyat vasitələrinin istifadəsi zamanı köməyimizə çatmır.

Vaxtilə bu kimi hallar avtobus sürücüləri ilə yaşanırdı. Əksər sürücülər ona xırda qəpiklər uzadıldığı zaman geri qaytarır, hətta kobud ifadələr səsləndirirdi. İndi də vəziyyət dəyişməyib. Qəpiklər yenə cibimizdədir, sadəcə qulağımız həmin ifadələrdən xilas olub. Söhbət “Bakı kart” terminallarından gedir.

Nəqliyyat sahəsində son dövrlər əldə olunan uğurlar sırasında ən təqdirəlayiq işlərdən biri də, paytaxtdakı avtobusların əksəriyyətində kart vasitəsilə ödəmənin həyata keçirilməsidir. Lakin bəzi problem hələ də qalmaqdadır. Karta pul vurulması üçün dayanacaqda quraşdırılan “Bakı Kart” terminalları kiçik qəpikləri (1, 3, 5) qəbul etmir. Bu, lap “təzə hamam, köhnə tas” mənzərəsi yaradır.

Əvvəllər avtobus sürücüləri, indi də “Bakı Kart” terminalları… Başı bəlalı qəpikləri biz nə edək?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mayis Ağayev bildirdi ki, nəğd ödəniş zamanı dəyərindən asılı olmayaraq, sürücülər bütün qəpikləri götürməlidirlər:

“Sürücülərin sərnişinlərin verdiyi qəpikləri qaytarmasına heç bir ixtiyarı yoxdur. Onların sərnişinə qəpiyi qaytarması qanunsuzluqdur.

Ödəmə terminallarına gəlincə isə, bu terminallar ölçüsünə görə minimum 10 qəpik qəbul edə bilir. Lakin nəğd şəkildə istifadə olunan bütün avtobuslara həmin qəpikləri vermək olar. Hətta 20 ədəd 1 qəpik versəniz belə, sürücülər onu götürməlidir”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR