İnkassatora silahlı hücum - 22 yaşlı qadın saxlanıldı

İnkassatora silahlı hücum - 22 yaşlı qadın saxlanıldı
12:12 1 Mart 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

İranda inkassator maşınından pul oğurlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən həftə Tehran şəhərində baş verib.

İranın "Pasarqad" bankına məxsus inkassator maşına biri qadın olmaqla 3 nəfərlik dəstə yolda hücum edib. Dəstə üzvləri "Kalaşnikov" avtomatları ilə sürcünü hədələyərək 900 milyon tümən (təxminən 250 min ABŞ dolları) pul aparıblar.

Polisin keçiridiyi əməliyyat çərçivəsində onlar İranın şimalında Lahican şəhərində atışma nəticəsində təslim olublar. Atışma zamanı dəstənin 22 yaşlı qadın üzvü yaralanıb və hazırda xəstəxanada.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR