Müdafiə Nazirliyi: Düşmənin manevr edən zirehli texnikası dərhal məhv edilib

Müdafiə Nazirliyi: Düşmənin manevr edən zirehli texnikası dərhal məhv edilib
12:12 1 Mart 2017
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ “Qoşunlarımız sərəncamında olan istənilən ən müasir silahlardan bütün cəbhə boyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq imkanındadır”.
Bu barədə Xocavənd istiqamətində Azərbaycan qoşunları tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı SPIKE tipli tank əleyhinə idarə olunan raketin tətbiq edilməsi barədə erməni mətbuatının yaydığı məlumatla bağlı “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
“Fevralın 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərini möhkəmləndirmək məqsədilə zirehli texnikanı ön xəttə çıxarmağa cəhd göstərib. Düşmənin manevr edən zirehli texnikası müvafiq bölmələrimiz tərəfindən vaxtında aşkar edilərək dərhal məhv edilib.
Son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir”.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/mudafie-nazirliyi-dusmenin-manevr-eden-zirehli-texnikasi-derhal-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR