Bakı sakinləri qazsız qaldılar - Səbəb açıqlanmır

Bakı sakinləri qazsız qaldılar - Səbəb açıqlanmır
12:12 1 Mart 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 1-də saat 10:00-dan 18:00-dək SOCAR-ın "Qaz İxrac" İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin balansında olan "Kürdmaşı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacağı haqda məlumat vermişdik. Xəbərdə təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacı Həsənli, Aşıqbayramlı, Mollaisaqlı, Qarakolluq və Hafizli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacağı deyilirdi.

Milli.Az xəbər verir ki, lakin səhər saat 10 radələrindən Bakının Abşeron rayonunun Məhəmmədi kəndində də qaz verilişi dayandırılıb. Bu problemlə Biləcəri sakinləri də hazırda üz-üzə qalıblar. Bakının Nərimanov rayonunda isə qazın təzyiqi xeyli aşağı enib.

Bakı sakinlərinin qazsız qalma səbəbi isə açıqlanmır.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR