Salyanda "Milli Ön" ödəmə terminalını oğurlayan şəxs tutulub

Salyanda "Milli Ön" ödəmə terminalını oğurlayan şəxs tutulub
12:12 1 Mart 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Salyan rayonunda "Milli Ön" ödəmə terminalını oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
"Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Şorsulu kəndindəki mağazalardan birinin dam örtüyü sökülüb, orada quraşdırılan "Milli Ön" ödəmə terminalının qapısı sındırılaraq içərisində 459 manat olan kassa qutusu oğurlanıb. 
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini, əvvəllər məhkum olunmuş Sarif Alxanov tutulub.
Faktla bağlı araşdırmalara davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-milli-on-odeme-terminalini-ogurlayan-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR