Bakıda 100 dolları 178 manata satan şəxs cərimələnib

Bakıda 100 dolları 178 manata satan şəxs cərimələnib
12:22 1 Mart 2017
187 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Bakıda 100 dolları 178 manata satan şəxs cəzalandırılıb.
"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nizami rayonu ərazisində Sumqayıt şəhər sakini Taleh Ağayev 100 ABŞ dollarını 178 manata satdığı üçün Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi ilə protokol tərtib olunaraq cərimə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-100-dollari-178-manata-satan-sexs-cerimelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR