Tovuzda yanacaqdoldurma məntəqəsinin operatorunu döyən şəxs oradan pul aparıb

Tovuzda yanacaqdoldurma məntəqəsinin operatorunu döyən şəxs oradan pul aparıb
12:22 1 Mart 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinin operatorunu döyən şəxs oradan pul aparıb.
"Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Qovlar şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.
Belə ki, şəhər sakini Elşad Hüseynov "Mercedes" markalı avtomobilinə aldığı yanacağın pulunun bir hissəsini ödəmədən getmək istəyib. Bu zaman orada operator işləyən Ədalət Qədirov pulun qalan hissəsini tələb etdikdə E.Hüseynov onu döyüb və arxasınca bıçaq atıb, oradan gedərkən isə məntəqədən pul aparıb.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov tutulub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-yanacag-doldurma-menteqesinin-operatorunu-doyen-sexs-oradan-pul-aparib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR