Duman, çiskin olacaq - HAVA

Duman, çiskin olacaq - HAVA
12:44 1 Mart 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Martın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 2-5°, gündüz 8-13°, Bakıda gecə 3-5°, gündüz 11-13° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək.  Lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR