Maliyyə və iqtisadiyyat üzrə yeni portal yaradıldı - Çox faydalı olacaq

Maliyyə və iqtisadiyyat üzrə yeni portal yaradıldı - Çox faydalı olacaq
12:47 1 Mart 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən Azərbaycanda yeni informasiya portalı fəaliyyətə başlayıb.

Milli.Az xəbər verir ki, portalın əsas veb-resursu olan www.ecofin.az saytı bu gündən etibarən oxucuların istifadəsinə verilib.

"EcoFin" (Economics and Finance) maliyyə və iqtisadiyyat sektorunun bütün sahələrini, o cümlədən vergi, bank, sığorta, biznes, turizm, kənd təsərrüfatı, sənaye, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, əmlak, habelə biznes, sosial və digər maraqlı sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib yenilikləri və xəbərləri oxucularına təqdim edir.

Azərbaycanda iqtisadiyyat və maliyyə xəbərlərinin əsas mənbəyinə çevrilməyi hədəfləyən portalda gündəlik xəbərlərlə yanaşı, video və foto görüntülər, aylıq və rüblük təhlillər, eləcə də müvafiq sahələrin mütəxəssisləri olan jurnalist və ekspertlərin analitik yazıları dərc olunacaq. Portalın, həmçinin rəsmi Facebook səhifəsinin izləyiciləri ən maraqlı xəbərləri sosial şəbəkədə operativ şəkildə əldə edə və öz fikirlərini paylaşa bilərlər.

"EcoFin"in istənilən məlumatından istifadəyə yalnız istinad etməklə icazə verilir.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR