Qızıl ucuzlaşmağa başlayıb

Qızıl ucuzlaşmağa başlayıb
12:57 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Son 3 gündə dünya bazarında qızılın 1 unsiyasının qiyməti 20 dollar və ya 1,6% azalaraq 1 243 dollara düşüb. 
"Report" xəbər verir ki, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) martın 14-15-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırması ehtimalının yüksəlməsidir. 
Belə ki, fevralın 28-də Nyu-Yorkdakı FED rəhbəri Villiam Dadli (William Dudley) və San-Fransiskodakı FED rəhbəri Con Vilyams (John Williams) uçot dərəcəsinin mart iclasında artırılması üçün kifayət qədər əsas olduğunu və bunu ciddi şəkildə dəstəklədiklərini bildiriblər. Həmçinin ötən gün ABŞ prezidenti Donald Trampın Konqresdə çıxışı zamanı xərclərin artırılması və vergilərin azaldılması ilə bağlı fikirlər səsləndirməsi inflyasiyanın sürətlənməsinin qarşısını almaq baxımından uçot dərəcələrinin qaldırılması ehtimalını bir qədər də artırıb.
"Report"un analitik qrupu hesab edir ki, qızıl ucuzlaşmaqda davam edəcək və onun 1 unsiyasının qiyməti 1 il ərzində 1050 dollara qədər azala bilər. Çünki FED-in 2-3%-lik artım qərarı qiymətli metala tələbin azalması deməkdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qizil-ucuzlasmaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR