"​Cəbhədə vəziyyət daha da pisləşsə, səfərbərlik olacaq"

Fevral ayının 24-dən 25-nə keçən gecədən başlayaraq cəbhəboyu ərazilərdə yaranan gərginlik cəmiyyətdə səfərbərliklə bağlı suallar yaradıb.

Bununla bağlı Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, müharibə geniş miqyas alarsa, səfərbərlik qaçılmaz olacaq:

“Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyyətinin kompleksləşməsi qaydalara uyğun həyata keçirilir. Şəxsi heyətin azlığı, çatışmazlığı ilə bağlı heç bir problem yoxdur. Əksinə, Müdafiə Nazirliyi tərəfinfən yeni hərbi hissələr tikilərək istifadəyə verilib. Həmin hərbi hissələrdə şəxsi heyət var və onlar xidmət aparırlar. Əlbəttə, müharibə geniş miqyas alarsa, səfərbərlik qaçılmaz olacaq. Bu da yaş tələbinə uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək. Lakin hazırki məqamda Azərbaycan Silahlı Qüvvələrinin əlavə hərbiçilərə, şəxsi heyətə tələbatı yoxdur və səfərbərliyin olması inandırıcı deyil".

Hərbi jurnalist qeyd etdi ki, səfərbərlik Ali Baş Komandanın müstəsna səlahiyyətidir:

"Vəziyyət kritik hal alarsa, səfərliyin elan olunması, hərbi mükəlləfiyyəti olan, yaxud da orduda xidmət etməyə yararlı olan şəxslər silahlı qüvvələrdə həqiqi hərbi xidmətə çağrılacaqlar. Bu isə artıq zamanın və vəziyyətin tələbidir”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR