"Real"la bağlı ilginc iddia: baş məşqi kim olacaq?

"Real"la bağlı ilginc iddia:   baş məşqi kim olacaq?
13:37 1 Mart 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

Arsen Venger "Real"ın baş məşqçisi ola bilər. Fanat.Az xəbər verir ki, bu iddia ilə "Telegraph" qəzeti çıxış edib.


Məşhur nəşr iddia edir ki, Çindən illik 30 milyonluq təklif alan fransız mütəxəssis bundan imtina edib və karyerasını Avropanın böyük klublarında davam etdirmək istəyir. O, bu istəyini "Real"da reallaşdıra bilər. Əgər Zinəddin Zidan "Kral Klubu"nu tərk etsə, bu posta məhz Vengerə həvalə olunacaq.


Qeyd edək ki, 67 yaşlı mütəxəssis 1996-cı ildən "Arsenal"a başçılıq edir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquotla-bal-ilginc-iddia-t56604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR