ADNSU-da SSRİ-nin fəxri neftçisi İsrafil Quliyevin yüz illik yubileyi ilə bağlı konfrans keçirilib

ADNSU-da SSRİ-nin fəxri neftçisi İsrafil Quliyevin yüz illik yubileyi ilə bağlı konfrans keçirilib
13:37 1 Mart 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SSRİ-nin fəxri neftçisi İsrafil Quliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Dəniz neft və qaz yataqlarının işlənilməsinin aktual problemləri” mövzusunda konfrans keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, təhsil naziri Mikayıl Cabbarov, ali təhsil müəssisəsinin rektoru Mustafa Babanlı və müəllim heyəti iştirak ediblər.
Tədbirdə əvvəlcə İsrafil Quliyin həyat və yaradıcılığından bəhs edən qısa film nümayiş olunub.
M.Babanlı bidlirib ki, İ.Quliyevin xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçiriləcək: "Dəniz neft və qaz yataqlarının işlənilməsində xüsusi xidmətləri olan İsrafil Quliyevin adına iki təqaüd təsis ediləcək. Təqaüd ADNSU-nun Qaz-mədən fakültəsinin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə ən yüksək təhsil səviyyəsi, elmi təcrübi biliklərin dünya görüşü davamiyyəti və davranışı ilə fərqlənən təhsil alanlara veriləcək. Təqaüd bakalavr pilləsi üzrə bir nəfər üçün 100 manat, magistr pilləsi üzrə isə 130 manat nəzərdə tutulur.
Konfransda İ.Quliyev haqqında tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, İ.Quliyev 28 il "Dənizneftlayihə" İnstitutunun elmi sahəsində rəhbərlik edərək özünü görkəmli alim və bacarıqlı təşkilatçı kimi göstərib, neft elmlərinin təzə sahəsinin inkişafında böyük nəaliyyətlər əldə edib. İ.Quliyev dəniz neft sənaye hidrotexnikasının yaradılmasının banilərindən biri olub, nəzəri və praktik xassəli əsaslı tədqiqatlar həyata keçirib.
Daha sonra yubilyarın ailəsi adından qızı, “Neftin-qazın nəqli və saxlanması” kafedrasının dosenti Gülarə İmanova, nəvəsi, “Schlumberger” şirkətinin “Rezervuarların monitorinqi” şöbəsinin baş mühəndisi İsrafil Quliyev çıxış edərək xatirələrini bölüşüblər.  















Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/adnsu-da-ssri-nin-fexri-neftcisi-i-srafil-quliyevin-yuz-illik-yubileyi-ile-bagli-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR