Müğənnilərimiz əsgərlikdə hansı rütbəni daşıyıb?

Bir müddət öncə hərbi xidmətdə olmayan müğənnilərimiz haqda məlumat vermişdik.

Metbaut.az bu dəfə sizə həbi xidmətdə olan müğənnilərimizin hansı rütbəni daşıdığını təqdim edir:

Tanınmış müğənni Nadir Qafarzadə Murmansk vilayətində hərbi xidmətini əsgər olaraq başa vurub. İfaçı hər zaman ordu sıralarında iştirak etməyə hazır olduğunu açıqlayıb.

Elariz Məmmədoğlu 1983-1985-ci illərdə Sankt-Peterburqda, daha sonra isə Murmansk vilayətində çavuş olaraq xidmət göstərib.

Əməkdar artisti Ədalət Şükürov 3 il 4 ay Şimal Buzlu okeanın "Novaya Zemlya" adasında sualtı gəmidə xidmət göstərib.

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu Hərbi Hava Qüvvələrinin tərkibində hərbi xidmətini sıravi əsgər kimi başa vurub.

Eyyub Yaqubov Rusiyanın Sibir vilayətində sıravi əsgər kimi hərbi xidmət keçib.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR