40 yaşına kimi bu işlə məşğul olacaq - FOTOLAR

40 yaşına kimi bu işlə məşğul olacaq - FOTOLAR
13:48 1 Mart 2017
406 Şou
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli model Adriana Lima “Ocean Drive” dərgisinin mart buraxılışının üz qabığına çəkilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı model 40 yaşına kimi karyerasını davam etdirmək niyyətində olduğunu açıqlayıb. Bundan başqa Adriana yenidən ana olmaq istəyini də etiraf edib:

“Təbiətin enerjisinə və ruhlara inanıram. Hər zaman çox uşaq istəmişəm, hələ işim bitmədi".

Qeyd edək ki, Adriana Lima serbiyalı basketbolçu Marko Jariklə 5 il evli olub. Onların bu nikahdan 2 qızı var.

Model boşandıqdan sonra adı Almaniya millisinin və "Yuventus"un futbolçusu Sami Kxedira, həm də mühafizəçisi ilə hallanıb. Son iddialara görə model Culian Edelmanla sevgilidir.

Aytən






Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/189750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR