E​rmənistanda mitinqlər başladı

“Erməni Milli Konqresi” bu gün İrəvanda 2008-ci il 1 mart hadisələrinin qurbanlarının xatirəsini yad etmək məqsədilə mitinq keçirəcək.

Metbuat.az bildirir ki, mitinqə ölkədəki digər siyasi qurumların qoşulacağı gözlənilir. Yerli media qurumları insanların artıq küçələrə toplaşdığını bildiriblər.

Xatırladaq ki, 2008-ci il 19 fevral prezident seçkilərinin saxtalaşdırılmasına fasiləsiz olaraq 10 gün etiraz edən nümayişçilərlə hökumət qüvvələri arasında qarşıdurmada 10 nəfər, o cümlədən iki hərbçi həlak olmuş, onlarla müxalifət fəalı yaralanmışdı. Bir çox müxalif siyasətçilər həbs edilmişdi. Bundan sonra ölkədə 20 günlük fövqəladə vəziyyət elan edilmiş, hakimiyyətə loyal olmayan KİV-lərin fəaliyyəti dayandırılmışdı.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR