Xırda pullar istifadə olunmur

İstər marketlərdə, istərsə də kiçik dükanlarda satıcılar xırda (1,3,5) qəpikləri götürmür. Maraqlıdır, bu pullar istifadə edilmirsə, niyə tədavüldə var?

Problemlə bağlı Metbuat.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin Sədri (AİB) Eyyub Hüseynov bildirdi ki, qanunvericilikdə bu barədə heç bir göstəriş yoxdur:

“Birmənalı şəkildə mağazalar vətəndaşlardan bu pulları götürməlidir. Çünki mağazaların banklarla birbaşa əlaqələri var. Onlar istehlakçılardan pulu qəbul etməyə bilməzlər. Ölkənin milli valyutasına hörmətlə yanaşılmalıdır. Bizə gələn şikayətlər arasında bunların özü də yer tutur ki, istehlakçılara xırda pul əvəzinə kibrit və s. verirlər. İstehlakçılar bundan imtina edir. Bu da anormal haldır”.

Sədr həmçinin onu da qeyd edib ki, ciddi məsələlərdən biri də istehlakçının böyük pul verdikdə marketlərdə xırda pulların olmaması və vətəndaşdan həmin pulu qəbul etməməsidir:

“Bu məsələ təəssüflər olsun ki, qanunda tənzimlənməyib. Lakin istənilən halda mağazaya xırda pul vermək istehlakçının vəzifəsi deyil. Bütün bunları və digər məsələləri market özü yerinə yetirməlidir. Belə halla qarşılaşan şəxslər İqtisadiyyat Nazirliyinin 195 qaynar xəttinə məlumat versinlər”.

Əsmər / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR