Azərbaycanda futbolla məşğul olanların sayı növbəti 5 ildə 20 faizdən çox artacaq

Azərbaycanda futbolla məşğul olanların sayı növbəti 5 ildə 20 faizdən çox artacaq
13:57 1 Mart 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Tbilisi. 1 mart. REPORT.AZ/ “AFFA-nın futbolun kütləvi inkişafı ilə bağlı hazırladığı inkişaf strategiyasında növbəti 5 ildə futbolla məşğul olanların sayının 20 faiz artırılması nəzərdə tutulub. Azərbaycan dövlətinin də bu sahəyə diqqət və qayğısını nəzərə alsaq, inanırıq ki, buna nail olacağıq”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib bildirib ki, UEFA GROW sammitində AFFA-nın növbəti 5 il üçün strateji fəaliyyət planının təqdimatı olub. Planda Azərbaycanda idmanın kütləvi inkişafı, futbol həvəskarlarının sayının artırılması, ölkə klubları və güclü komandaların sayının artırılması məsələləri əksini tapıb. Hazırda AFFA-nın bazasında 100 mindən çox futbolla məşğul olan var. Növbəti 5 ildə biz bu sayın daha 20 faiz artırılmasını qarşıya məqsəd qoymuşuq. İnanırıq ki, buna nail olacağıq. Çünki bunun üçün geniş imkanlarımız var".
E.Məmmədovun sözlərinə görə, Tbilisidə keçirilən sammitdə 12 ölkənin dövlət və hökumət üzvləri, UEFA-nın mütəxəssisləri iştirak edir. AFFA-nın təqdim etdiyi strateji plana sammitdə böyük maraq olub. İki gün davam edəcək sammitdə həm Azərbaycanın təcrübəsi, eyni zamanda UEFA-nın tövsiyələri öyrəniləcək.
UEFA-nın özü də Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı ilə bağlı tövsiyələr hazırlayıb. Məqsəd iştirakçıların sayını daha da artırmaqdır. Bununla bağlı İşçi Qrup da yaradılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanda-futbolla-mesgul-olanlarin-sayi-novbeti-5-ilde-20-faizden-cox-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR