Ermənistanda hakim partiyanın muzdluları seçicilərin səsini pulla alır

Ermənistanda hakim partiyanın muzdluları seçicilərin səsini pulla alır
14:07 1 Mart 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ “Ermənistanda hakim Respublikaçılar Pariyasının muzdlu adamları evbəev gəzərək hər səsə görə 30 min dram (70 dollara yaxın) təklif edirlər”.
“Report” xəbər verir ki, bu barədə “Joqovurd” (“Xalq”) qəzeti yazıb.
Məlumata görə, seçki günü yaxınlaşdıqca bu məbləğ artır. Ölkənin Ararat vilayətində seçkiqabağı rüşvətin məbləği artıq açıqlanıb. Orada hər səsə görə 70 dollara yaxın rüşvət verilir.
Ermənistanda parlament seçkiləri aprelin 2-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-hakim-partiyanin-muzdlulari-secicilerin-sesini-pulla-alir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR