Azərbaycanda südün alış qiyməti Avropa ölkələri ilə müqayisədə yüksəkdir

Azərbaycanda südün alış qiyməti Avropa ölkələri ilə müqayisədə yüksəkdir
14:12 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanda südün alış qiyməti həm Türkiyə, həm də dünyanın bir sıra başqa ölkələri ilə müqayisədə yüksəkdir.
Bunu "Report"a açıqlamasında Türkiyənin Avropa İttifaqı və Xarici Əlaqələr İdarəsinin rəisi Əli Rəcəb Nazlı bildirib.
"Mən Bakıya gəlməzdən öncə bir çox Avropa ölkələrində səfərdə oldum. Türkiyə ilə yanaşı, Almaniya, Fransa və Belçikada fermerlər südün qiymətinin aşağı olmasına görə etiraz aksiyaları keçirirdilər. Lakin mən Azərbaycanda südün həmin ölkələrlə müqayisədə həqiqətən baha olduğunu müşahidə etdim. Qiyməti bu həddə saxlamağı bacarsanız, çox yaxşı olar. Fikrimcə, bu sahəni təhlil etmək, marketinq araşdırmaları aparmaq lazımdır" -  Ə. R.Nazlı deyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-sudun-alis-qiymeti-avropa-olkeleri-ile-muqayisede-yuksekdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR