Azərbaycan Premyer Liqasında XXI turun proqramı açıqlanıb

Azərbaycan Premyer Liqasında XXI turun proqramı açıqlanıb
14:12 1 Mart 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb. 
"Report"un məlumatına görə, "İnter"lə "Qəbələ" arasında keçiriləcək turun mərkəzi görüşü martın 4-də saat 20:00-da başlayacaq. 
Tura isə həmin gün Sumqayıtda eyniadlı komandanın "Qarabağ"a qarşı görüşü ilə start veriləcək. Ertəsi gün "Kəpəz" autsayder AZAL-ı, "Neftçi" isə "Zirə"ni qəbul edəcək 
4 mart (şənbə)
16:00. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”


20:00. “İnter” – “Qəbələ”
“İnter Arena”

5 mart (bazar)

15:00. “Kəpəz” – AZAL

Gəncə şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”
“Bakcell Arena”
İki günü əhatə edəcək turun görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-xxi-turun-proqrami-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR