KİV: İŞİD qruplaşmasının lideri tərəfdarlarına vida çıxışı ilə müraciət edib

KİV: İŞİD qruplaşmasının lideri tərəfdarlarına vida çıxışı ilə müraciət edib
14:17 1 Mart 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi tərəfdarlarına ünvanladığı müraciətdə son döyüşlərdə məğlub olduğunu etiraf edib və tərəfdarlarını dağlıq ərazilərə sığınmağa çağırıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat verir.
Naynava vilayətindəki mənbənin "Alsumaria" telekanalına verdiyi məlumata görə, Əl-Bağdadi çıxışını vida çıxışı adlandırıb, onu İŞİD vaizləri arasında yayıb və qruplaşmanın son vəziyyəti barədə məlumat verib.
Telekanal müraciətdə həmçinin silahlılara İraq və Suriyanın əlçətmaz dağlıq ərazilərinə çəkilməklə bağlı çağırış edildiyini də bildirib.
KİV-in məlumatına görə, Mosulun qərb hissəsində olan İŞİD liderləri şəhərdən qaçaraq canlarını qurtarmağa çalışırlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-i-si-d-qruplasmasinin-lideri-terefdarlarina-vida-cixisi-ile-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR