Səfir: "Moldova həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"

Səfir: "Moldova həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"
14:27 1 Mart 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ "Moldova Dağlıq Qarabağda baş verən hadisələri izləyir".
"Report" xəbər verir ki, bunu Moldovanın Azərbaycandakı səfiri George Leuke Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, tərəflər bu mövzuya ötən həftə Bakıda keçirilən XİN-lərarası məsləhətləşmələr zamanı toxunub.
O bildirib ki, ölkəsi həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "Münaqişənin nizamlanması ilə məşğul olan müəyyən formatlar var. ATƏT-in Minsk qrupu, 5+2 qrupu bizdə problemlərin beynəlxalq hüquq çərçivəsində həllinə çalışır".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/sefir-moldova-hemise-azerbaycanin-erazi-butovluyunu-destekleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR