"Odlu-alovlu sənətkar" adlı tədbir keçirilib - FOTO

"Odlu-alovlu sənətkar" adlı tədbir keçirilib - FOTO
14:27 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş "Odlu-alovlu sənətkar" adlı tədbir keçirilib.

Milli.Az xəbər verir ki, fevralın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş "Odlu-alovlu sənətkar" adlı tədbir keçirilib.

Tədbir Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında təşkil olunub.

Tədbirdə Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycanın əməkdar artisti Füzuli Hüseynov, Azərbaycanın teatr aktyoru Kamran Yunis, Azərbaycanın xalq şairi X.R.Ulutürkün bacısı Ulduz Əhmədova, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndəsi Sücayət Piriyeva, aşıq Cavanşir Quliyev, 116, 261 saylı tam orta məktəbin şagirdləri, Xətai rayon MKS-nin fəal oxucuları və əməkdaşları iştirak ediblər.

İlk öncə tədbiri Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşı Gülzadə Quliyeva açaraq xalq artistinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, M.Mirzə Azərbaycan teatr və kino aktyoru, ssenari müəllifi, Azərbaycanın romantik aktyor məktəbinin istedadlı nümayəndəsi olub.

Sonra xalq artisti Mikayıl Mirzənin ifasında səslənən şeirlər təqdim edilib, yaradıcılığını əks etdirən video-slayda baxış keçirilib.

Tədbir zamanı qonaqlar görkəmli sənətkarın həyat və yaradıcılığından, onunla bağlı xatirələrindən danışıblar.

Sonda məktəblilərin ifasında M.Mirzənin oynadığı "Günahsız Abdulla" tamaşasından səhnəcik nümayiş olunub, şeirlər səsləndirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/522233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR