"Ronaldu Messidə olan istedadla doğulmayıb"

"Ronaldu Messidə olan istedadla doğulmayıb"
14:27 1 Mart 2017
124 İdman
Ölkə mətbuatı
A- A+

Ronaldu hücumların başa çatdırılmasında əla çıxış edir. Amma Messinin "qabında" daha çox şey var və digərlərindən fərqlənir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Las-Palmas" klubunun baş məşqçisi Enrike Setyen deyib.

İspaniya çempionatında 13-cü pillədə qərarlaşan komanda La Liqanın XXV turu çərçivəsində Madrid "Real"ının qonağı olacaq.
 
Matçdan öncə "Marca" nəşrinə açıqlama verən Setyen "kral klubu"nun portuqaliyalı oyunçusu Kriştianu Ronaldu ilə "Barselona"nın futbolçusu Lionel Messi arasında müqayisə aparıb:

"Söhbət iki fərqli futbolçudan gedir. Ronaldu Messidə olan istedadla doğulmayıb. Buna baxmayaraq, o, çoxu üçün nümunədi. Ümumilikdə isə Messini Ronaldudan güclü futbolçu sayıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR