Cocuq Mərcanlıda yaşayış evləri sənədləşdirilir

Cocuq Mərcanlıda yaşayış evləri sənədləşdirilir
14:37 1 Mart 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Cocuq Mərcanlı kəndinin bərpasında növbəti addım atılıb - ərazidəki yaşayış evləri sənədləşdirilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab ilham Əliyevin rəhbərliyi ilə ötən ilin aprel ayında aparılmış uğurlu hərbi əməliyyatlardan sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamı mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtmasına zəmin yaranıb, həmin ərazilərdə yenidənqurma işlərinə start verilib.

Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncama əsasən digər dövlət qurumları kimi, Əmlak Məsələləri Dövlət Komitəsi də öz fəaliyyəti çərçivəsində tədbirlərə başlayıb.

Bu proseslər çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi də kənd əhalisinə məxsus əmlakların dövlət reyestrində qeydiyyatı, sakinlərin mülkiyyət hüquqlarının tanınması işini həyata keçirməkdədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ilkin mərhələdə Cocuq Mərcanlı kəndi üzrə 23 avqust 1993-cü il tarixə sakinlərə məxsus fərdi yaşayış evləri və torpaq sahələrinin müəyyən edilməsi, həmin evlərin texniki inventarlaşdırılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

Belə ki, görülən işlər nəticəsində 166 ailənin adına həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın qeydiyyatının aparılması üçün ilkin hüquq müəyyən edici sənədlər əldə edilib. Artıq bu ailələrə məxsus yaşayış evlərinin hamısı qeydiyyata alınaraq dövlət reyestrindən 166 çıxarış hazırlanıb. Eyni zamanda dövlət arxivindən 187 ailənin hər birinin adına torpaq sahəsi və fərdi yaşayış evləri olması barədə Arxiv arayıcı alınıb.

Bütün bu tədbirlərlə yanaşı, kənd sakinlərinə məxsus fərdi yaşayış evləri və torpaq sahələrində texniki ölçmə və kadastr işlərinin aparılması və texniki pasportların tərtibi üzrə də işlər görülür. Qeyd edilməlidir ki, vətəndaşlara məxsus əmlakların texniki pasportların hazırlanması məqsədi ilə 34 fərdi evin çöl ölçmə işləri aparılmış və texniki pasportların hazırlanmasına başlanılıb.

Komitənin bu istiqamətdə digər mühüm addımı bu ərazilərdə yerləşən bütün daşınmaz əmlakların kütləvi və fərdi qiymətləndirilməsi işini həyata keçirməsidir. Belə ki, bu əmlakların qiymətləndirilməsindən sonra real dəyəri müəyyən olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR