Kabildə iki polis departamenti qarşısında partlayış törədilib

Kabildə iki polis departamenti qarşısında partlayış törədilib
14:42 1 Mart 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ "Taliban" hərəkatının silahlıları Kabildə iki polis departamenti qarşısında partlayış törədib və ardından hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıblar.
"Report" "TOLONews"a istinadən xəbər verir ki, terrroçu-kamikadzelər Əfqanıstan paytaxtındakı 6 və 12 saylı polis departamentinin yaxınlığında özlərini partladıblar.
Polisin məlumatına görə, hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının 4 əməkdaşı xəsarət alıb.
Hadisə yerinə Əfqanıstan ordusunun və xüsusi təyinatlı dəstənin üzvləri gəlib. Məluamata görə, 6-cı departamentə hücum edənlər tam məhv edilib, hazırda 12-ci departamentə hücum edənlərin zərərsizləşdirilməsi üzrə tədbirlər həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kabilde-iki-polis-departamenti-qarsisinda-partlayis-toredilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR