Trampın çıxışından sonra dollar sürətlə bahalaşır

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın Konqressdəki çıxışı dolların mövqeyini xarici valyutalar qarşısında daha da möhkəmləndirib.

Metbuat.az-ın məlumatına görə, prezident kimi ilk dəfə senatorlar qarşısında çıxış edən "Ağ ev" rəhbəri yerli şirkətlərə qarşı tətbiq edilən vergilərin önəmli dərəcədə azaldılacağını deyib. Bu sahədə tarixi islahatlar aparacağını ifadə edən Tramp, nəticədə xarici şirkətlərlə güclü şəkildə rəqabət apara biləcəklərini qeyd edib. O, xaricdən gətirilən məhsullara qarşı əlavə vergilər tətbiq ediləciyini vurğulayıb.

Qeyd edək ki, ABŞ liderinin bu çıxışından sonra dünya bazarında dollar daha da dəyər qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR