Müğənni həyat yoldaşının xəyanətini unutmadı

Müğənni həyat yoldaşının xəyanətini unutmadı
14:52 1 Mart 2017
139 Dünya
Ölkə mətbuatı
A- A+

Həftə sonu Ataşehirdə bir məkanda konsert verən Zuhal Olcay səhnədən keçmiş yoldaşı Haluk Bilginerə xəyanət mesajı verib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Dünəndən sonra, sabahdan əvvəl" mahnısını ifa etməmişdən əvvəl maraqlı bir açıqlama edən Olcay "İndi söyləyəcəyim mahnının bir hekayəsi var, mən də yaşadım. Həqiqətən, çox qeyri-adi bir hekayədir. Çox az insanın xoşuna gəlir. Bir qadın və bir kişi bir-birini çox sevir, aşiq olur və evlənirlər. Aradan bir neçə il keçdikdən sonra kişi gənc bir qadına aşiq olur" deyib.
 
Məşhur müğənni və aktrisanın bu sözlərinin 2004-ci ildə "xəyanət" səbəbiylə boşandığı iddia edilən Haluk Bilginerə atmaca olduğu güman edilib.

Qeyd edək ki, 2004-cü ildə Olcaydan ayrılan Haluk Bilginer 2006-ci ildə Aşkın Nur Yengi ilə evlənmişdi.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR